Naməlum şəxs 14 nəfəri bıçaqlayıb

Pekinin mərkəzində bıçaqla silahlanmış naməlum şəxs 2 nəfəri öldürüb, 12 nəfəri isə yaralayıb.

Çin polisi artıq onu həbs edib. Cinayətin motivləri haqda xəbər verilmir.

Cinayətin baş verdiyi küçə Pekinin həmişə insanla dolu, ticarətin gur olduğu yeridir.