Norveç səfiri Naxçıvanda olub

Norveç Krallığının Azərbaycandakı səfiri Jon Ramberg sentyabrın 11-dən etibarən MR Psixi xəstəliklər dispanserində saxlanılan Məhəmməd Qurbanovun evində ailə üzvləri ilə görüşüb.

Qurbanovun həyat yoldaşı ərinin başına gələnlərlə bağlı səfirə ətraflı məlumat verib.

Sentyabrın 16-da Muxtar Respublikaya səfər edən səfir Jon Ramberglə birgə Oslo Universitetinin Humanitar elmlər fakültəsinin professoru xanım Vibeke Roggen də MR-da olub.

İki günlük səfər çərçivəsində qonaqlar MR Ali Məclisinin sədri Vasif Talıbovla və digər rəsmi şəxslərlə görüşlər keçiriblər.

Diplomat Milli Elmlər Akademiyasının Naxçıvan bölməsində olub, vətəndaş cəmiyyətinin təmsilçiləri ilə də görüşüb.