Nabucco kəmərinin tikintisinə 2011-ci ildə başlanacaq

Nabucco» qaz kəmərinin tikintisinə 2011-ci ildə başlanacaq, kəmər vasitəsilə qazın Avropaya ilk nəqli isə 2014-cü ildə baş tutacaq.

Bunu APA-ya açıqlamasında «Nabucco» Beynəlxalq Qaz Kəməri Şirkətinin direktoru Reynhard Mitçek bildirib.

O qeyd edib ki, iyulda Ankarada hökumətlərarası saziş imzalandıqdan sonra maliyyələşdirmə məsələsilə bağlı bir sıra beynəlxalq maliyyə institutlarıyla danışıqlara başlanıb və artıq Azərbaycanda da təchizatçı şirkətlərlə danışıqlara başlamaq vaxtıdır.