Barrozo yenidən Avropa Komissiyasının rəhbəri seçilib

Joze Manuel Barrozo yenidən Avropa Komissiyasının rəhbəri seçilib.

Avropa parlamentindəki sağmərkəzçi fraksiya başda olmaqla deputatların əksəriyyəti onun namizədliyini dəstəkləyib.

Portuqaliyadan olan siyasətçi Avropa Komissiyasına 2004-cü ildən rəhbərlik edir.