Emin Milli və Adnan Hacızadənin məhkəməsi başlayıb

Gənc bloqqerlər - Emin Milli və Adnan Hacızadənin məhkəməsi başlayıb. Hər ikisi də məhkəməyə gətirilib.

A. Hacızadə və E. Milli bu il iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.