Azərbaycanda Bilik günü qeyd olunur

Bu tədris ilində ölkənin 4.569 orta ümumtəhsil məktəbində 1.427.910 şagird təhsil alacaq

Sentyabrın 15-dən Azərbaycanda yeni dərs ilidir. Ölkənin orta ümumtəhsil, texniki-peşə, orta ixtisas və ali məktəblərində dərslər başlayır.

Təhsil nazirliyinin məlumatına görə, 2009-2010-cu tədris ilində ölkənin 4.569 orta ümumtəhsil məktəbində 1.427.910 şagird təhsil alacaq. Onların təlim-tərbiyəsi ilə 170 000 müəllim məşğul olacaq.

Nazirlik bildirir ki, yeni dərs ilində I sinif şagirdlərinin sayının 125.114 nəfər olacağı proqnozlaşdırılır.

Bu tədris ilində 37 dövlət ali təhsil müəssisində 110.670 tələbə, 16 özəl ali məktəbdə isə 19.690 tələbə təhsil alacaq.