İran nüvə texnologiyasını müzakirə etməyəcək

İran dünya dövlətləri ilə özünün nüvə texnologiyası hüququnu yox, yalnız qlobal məsələləri müzakirə etməyə hazırdır. Bunu İran prezidenti Mahmud Əhmədinejad deyib. O bildirib ki, dinc məqsədli nüvə texnologiyası əldə etmək İranın qanuni və şəksiz hüququdur. İran xalqı özünün bu təbii hüququnu heç kimlə müzakirə etmək niyyətində deyil.

İran özünün nüvə proqramı ilə bağlı Qərbin şübhələrinə aydınlıq gətirmək məqsədilə son təkliflərini ABŞ, Britaniya, Fransa, Rusiya, Çin və Almaniyadan ibarət altılığa ötən çərşənbə təqdim edib.