İranda sünni dini xadim öldürülüb

İranda tanınmış sünni dini xadim, prezident Mahmud Əhmədinejadın tərəfdarı Borhan Əli qətlə yetirilib.

Fars xəbərlər agentliyinin məlumatına görə o dünən qərbi Kürdistan əyalətinin Sanandaj şəhərindəki evində güllələnib.

Əyalətin qubernatoru Məhəmməd Tağı Heydəri hesab edir ki, qətlin arxasında kafir sünni qruplar durur.

Borhan Əlinin əyalətdə böyük hörməti varmış.