Prezident öz ehtiyat fondundan 4 milyon manat ayırdı

Prezident İlham Əliyev texniki peşə məktəblərinin və uşaq bağçalarının maddi-texniki bazasının gücləndirilməsi üçün sərəncamlar imzalayıb.

Bu iş üçün Prezidentin Ehtiyat Fondundan Təhsil Nazirliyinə 4 milyon manat ayrılıb.

Azərbaycanda 100-dən çox texniki-peşə və 1600-dan çox məktəbəqədər təhsil müəssisəsi var.