Qazaxıstanda xəzəryanı ölkələrin görüşü olacaq

Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan liderləri sentyabrın 12-də Qazaxıstanda bir araya gələcəklər.

ANS PRESS Rusiya prezidentinin mətbuat katibi Natalya Timakovaya istinadla xəbər verir ki, Aktauda keçiriləcək qeyri-rəsmi sammitdə
bir sıra məsələlər müzakirə olunacaq.

Sammitdə elə bir sənəd imzalanmayacaq.