Haraşti həbsdə olan redaktorlara baş çəkib

ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti

Sentyabrın 8-i ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti 17 saylı cəzaçəkmə müəssisəsində «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidə baş çəkib. Bundan sonra o 12 saylı cəzaçəkmə müəssisəsində saxlanan «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə görüşüb.

Görüş zamanı ATƏT nümayəndəsi jurnalistlərin saxlanma şəraiti və onların səhhəti ilə maraqlanıb.

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid xuliqanlıqda ittiham olunaraq 4 il müddətinə azadlıqdan məhrum edilib.

«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayev isə terrora çağırış, vergidən yayınma və mili ədavəti qızışdırmaqda ittiham edilərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.