Qara dənizdə gəmi batıb. Azərbaycan dənizçiləri xilas olub

İstanbul sahillərində, Bosfordan Qara dənizə keçən «Kramko» yük gəmisi qəzaya uğrayıb.

Sentyabrın 7-də saat 17 radələrində güclü fırtınaya düşən gəmi iki yerə parçalanıb. Gəminin 12 nəfərlik heyətinin 8-nin Azərbaycan vətəndaşı olduğu xəbər verilir.

Xilasetmə işlərinə Türkiyə sahil mühafizəsi və yaxınlıqda olan gəmilər cəlb olunub.

NTV kanalının xəbərinə əsasən gəminin bütün heyət üzvləri xilas edilib.