3 britaniyalı təyyarə partlatmağa cəhddə günahkar bilindi

3 Britaniyalı alkoqolsuz içkilərdə gizlədilən maye partlayıcılarla təyyarə partlatmağa cəhddə günahkar biliniblər. London məhkəməsinin qərarıyla müxtəlif cəzalar alan Abdulla Əhməd Əli, Tənvir Hüseyn və Əsəd Sarvar 2006-cı ilin Avqustunda keçirilən əməliyyatlardan sonra həbs edilmişdilər.

Britaniyadan Şimali Amerikaya gedən bir neçə təyyarəni partlatmaq cəhdindən sonra dünyanın bir çox hava limanlarında sərnişinlərə təyyarəyə maye keçirməklə bağlı məhdudiyyətlər qoyulub.