Xalq Cəbhəsinin sədri dəyişib

33 yaşlı Aleksey Yanukeviç Belarus Xalq Cəbhəsinin sədri olub.

Yanukeviç 6 il əvvəlki sədr Levon Borşevskinin müavini olub.

Dəyişiklik partiyanın Minskdə keçirilmiş qurultayında baş verib.

Qurultayda partiyanın növbəti prezident seçkilərində iştirakı məsələsinin müzakirəsi yazadək təxirə salınıb.

Belarusda növbəti prezident seçkilərinə ilyarım qalır.