Zəhərləndikləri güman edilən 138 uşaq hələ də xəstəxanadadı

Krımın Cankoy şəhərində zəhərləndikləri gümn edilən 138 uşaq hələ də xəstəxanadadı.

Həkimlər onlardan 3-nün vəziyyətinin orta-ağır olduğunu deyir.

Ötən cümə axşamı şəhərdəki 8 uşaq bağçasından xəstəxanalara 190-dan çox uşaq gətirilib.

Onların qidadan zəhərləndikləri güman edilir.

Faktla bağlı cinayət işi açılıb.

Prezident Viktor Yuşşenki istintaqı şəxsi nəzarətinə götürüb.