Gürcüstanda «düşmən dili»

Gürcü müəllimləri deyirlər ki, son illər rus dilinə münasibət yaxşılaşıb

«Mən rus şerlərini xatırlamıram...»

Bu 7 yaşlı Nikuşadır. O, rus dilini öyrənir və mikrofona öyrəşəndən sonra Dovşan, Zebr haqda və başqa şerlər yadına düşür.

BİR VAXTLAR İKİNCİ ANA DİLİ
Təxminən bir neçə il əvvəl, daha dəqiqə desək 90-cı illərin əvvəllərinədək rus dilini bilməmək Gürcüstanda təsəvvür edilməz və eyib bir hal hesab olunurdu. Həmin vaxt rus dilini – ikinci ana dili adlandırırdılar. Valideynlər ibtidai siniflərdən uşaqlarının bu dili öyrənməsinin qayğısına qalır və məktəbin verdiyi təhsil qane etmirdisə, onlar üçün repetitor tuturdular.

Gürcüstanda milli hərəkat başlayandan vəziyyət tədriclə dəyişdi, hətta şagirdlərin özlərinin rus dilini öyrənməyə etiraz etdiyi hallar da oldu. İndi isə illər ötəndən sonra valideynlər etiraf edirlər ki, yeni nəsil hətta rus dilində filmləri anlamağa çətinlik çəkir.

Marika Devdaniani iki uşaq anasıdır. Uşaqlarında rus dili ilə bağlı çətinlik yarandığını görüb repetitor tutmağa qərar verib. O hesab edir ki, uşaqları üçün ingilis dili qədər rus dilini də bilmək vacibdir:

«Rus dilindəki filmlərə baxanda uşaqların çətinlik çəkdiklərini görürdüm. Ona görə də məktəblərdə və universitetlərdə rus dilinə daha çox diqqət yetirilməlidir».

Baxmayaraq ki, ingilis dili rus dilini xeyli dərəcədə əvəzləyib, müəllimlər deyir ki, rus dilinə hələ də tələb və ehtiyac var.

Rus dilindəki dərsliklərdən birinin müəllifi Ketevan Şoşiaşvili danışır ki, ingilis dili hələ ki, rus dilini tam əvəzləyə bilməyib:

«İngilis dili hələ rus dilini əvəzləməyib. Kitabxanalarda elmi ədəbiyyatın böyük əksəriyyəti rus dilindədir. Ona görə də universitetlərdə müəllim əsasən rus dilində olan ədəbiyyatların siyahısını verəndə dili bilməyən tələbələr çətinliklə qarşılaşır».

Artıq bir neçə ildir ki, rus dili Gürcüstanda xarici dil hesab olunur. Bu səbəbdən valideynlərin istəyinə uyğun məktəblər rus dilini hansı siniflərin cədvəlinə daxil etməyə qərar verirlər.

«İNGİLİS DİLİNİ SEÇİLƏR»
Humanitar fənlərin qiymətləndirilməsi mərkəzi və milli tədris planının koordinatoru Tamar Cakelinin sözlərinə görə milli tədris planı iki xarici dilin məcburi öyrənilməsini nəzərdə tutur. Bununla belə məktəblərə seçim azadlığı da verilir. Cakel deyir ki birinci olaraq - əsasən ingilis dilini seçirlər:

Təhsil nazirliyində deyirlər ki, rus dili dərslikləri büsbütün dəyişdirilir. Çünki köhnələr müasir tələblərə cavab vermir.

64 saylı ictimai məktəbdə rus dilinin tədrisi 5-ci sinifdən başlayır. İngilis dili isə 2-ci sinifdən. 64 saylı məktəbin direktoru Rezo Cavaxişvili deyir ki, dilin seçilməsi valideynlərin arzusundan asılıdır:

«Bu valideynlərin istəyinə uyğun müəyyənləşir. Bununla belə bizim məktəbdə rus dili yüksək səviyyədə tədris olunur və şagirdlər dili böyük məmnuniyyətlə öyrənirlər. Xüsusilə ona görə ki, bu gün informasiyanın böyük hissəsi rus dilində verilir».

MÜƏLLİMLƏR DEYİR Kİ, SON İLLƏR RUS DİLİNƏ MÜNASİBƏT YAXŞILAŞIB.
51 nömrəli məktəbin rus dili və ədəbiyyatı müəllimi İrma Cişiaşvilinin sözlərinə görə valideynlər övladlarına digər dillərlə yanaşı rus dilini də öyrənmək imkanı yaratmağa çalışırlar:

«Yuxarı siniflərdə görürük ki, şagirdlər rus dilini daha yaxşı bilirlər. Mən onları dərs danışanda böyük məmnuniyyətlə dinləyirəm. Uşaqlarda rus dilinə qarşı neqativ münasibətin əlamətləri yoxdur».

«Düşmən dili» səviyyəsinə yüksəldilən rus dilini öyrənmək ya yox buna hər bir şəxs özü qərar verilməlidir. Biz isə seçimimizdə azadıq.