Rusiya deyir ki,Tbilisi tankeri neytral sularda saxlayıb

Rusiya İsveçrənin vasitəçiliyi ilə Gürcüstandan Abxaziyaya gedən Türkiyə tankerinin saxlanmasına aydınlıq gətirilməsini tələb etmək fikrindədi.

Rusiyanın Xarici İşlər Nazirliyi deyir ki, Gürcüstan beynəlxalq konvensiyaya zidd olaraq tankeri neytral sularda saxlayıb.

Gəmi avqustun 16-da saxlanıb, Türkiyə vətəndaşı olan kapitan Mehmet Öztürk isə 24 il həbs cəzasına məhkum olunub.