Alla Puqaçova Bakıda

Məşhur rus müğənnisi Alla Puqaçova sentyabrın 3-də Bakıya gəlib. Heydər Əliyev adına Beynəlxalq hava limanında müğənnini Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri qarşılayıb.

AzərTAc-ın məlumatına görə, hava limanında jurnalistlərin suallarını cavablandıran müğənni deyib: «Bakıda olmağımdam xoşbəxtəm. Qayğısız gəncliyimin ən şirin və sevincli anları Azərbaycanda keçib. Burda mənim çoxlu dostum olub. Demək istəmirəm ki, bu, mənim səhnədə sonuncu konsertimdir».

Yaxın gələcəkdə özünü kinoda, teatrda sınayacağını söyləyən A.Puqaçova «radio Alla» kimi layihələr üzərində işlədiyini söyləyib.

A.Puqaçova sentyabrın 4-də Heydər Əliyev sarayında geniş konsert proqramı ilə çıxış edəcək. Müğənninin 60 illik yubileyinə həsr olunmuş «Apreldən-aprelə» adlı dünya turnesi çərçivəsində keçirilən tədbir yeni mövsümün ilk konserti olacaq.

Rusiya səhnəsinin primadonnası Bakıda olduğu müddətdə «Buta Palace»də də konsert verəcək.