Moldova prezidenti istefaya gedir

Moldova prezidenti Vladimir Voronin istefa vermək fikrində olduğunu bəyan edib.

O rəhbərlik etdiyi Kommunist partiyasının yığıncağında deyib ki, o formal olaraq prezidentin səlahiyyətlərini icra eləmək fikrində deyil və parlamentdə partiyanı adi deputat kimi təmsil edəcək.

Ölkə konstitusiyasına görə prezidentin səlahiyyətləri bu yaxınlarda seçilmiş parlamentin sədri Mixay Qimpə keçəcək.