Yunanıstanda 2 partlayış törədilib

Bu gün Yunanıstanda iki partlayış törədilib, bir qadın yüngül xəsarət alıb.

Partlayışlardan biri Afinadakı birjada , o biri isə Saloniki şəhərindəki hökumət binasında baş verib.

Yerli kütləvi informasiya vasitələrinə partlayış olacağıyla bağlı xəbərdarlıq edilib.

Polis solçu qruplardan şübhələnir.