Pakistanın Dini məsələlər üzrə naziri güllələnib

Pakistanın Dini məsələlər üzrə naziri yaralanıb, sürücüsü isə öldürülüb.

Onlara yoldan ötən maşından güllə atılıb.

Polis deyib ki, Həmid Səid Kazmiyə hücum İslamabaddakı ofisinin yaxınlığında olub.

Din naziri dəfələrlə islamçı yaraqlıları çox saylı hücumlarına görə tənqid edib.