Moldova kommunistləri məhkəməyə üz tutublar

Moldovada Kommunist Partiyası parlament sədrinin seçilməısilə bağlı konstitusiya məhkəməsinə şikayət edib.

Kommunistlər səsvermədə iştirak etməyib və bildiriblər ki, fraksiyalarını yaratmaq üçün onlara sentyabrın 4-dək vaxt lazımdı.

Amma tələb rədd edilib və parlamentdə çoxluq təşkil edən qərbpərəst alyans Liberal Partiyasının lideri Mixay Qimpi sədr seçib.

Kommunistlər sentyabrın 2-də keçiriləcək iclasda da iştirak etməyəcəklər.

Bu iclasda prezident və baş nazirliyə namizədlər irəli sürülməlidi.