Şri-Lankada jurnalist 20 il azadlıqdan məhrum edilib

Şri-Lankada məşhur tamil jurnalisti Caeprakaş Tissaynayaq 20 il azadlıqdan məhrum edilib. O terrorçuluğu dəstəkləməkdə ittiham olunur.

Jurnalist yazılarında hökumətin tamil separatçılarına qarşı mübarizə üsullarını tənqid edirdi.

Hüquq müdafiə təşkilatları onun həbsinə etirazlarını bidiriblər.