Britaniyanın baş naziri Əfqanıstana gedib

Böyük Britaniyanın baş naziri Qordon Braun bu gün Əfqanıstana gözlənilməz səfər edib.

O Əfqanıstandakı kolaisiya qüvvələrinin komandanı amerikalı general Stanley McChrstyalla görüşüb, ölkənin cənubundakı Britaniya qüvvələrinə baş çəkib.

Qordon Braun ölkənin təhlükəsizliyini təmin edə bilmək üçün yerli qüvvələrə təlimlərin sürətləndiriləcəyini vəd edib.