Hindistanın Aya göndərdiyi aparatla əlaqə kəsilib

Hindistan aya göndərdiyi ilk kosmik aparatla əlaqənin itdiyini xəbər verir.

Ötən il ayın səthinə göndərilmiş aparat 2 il ərzində məlumat toplamalıydı.

Layihənin rəhbərləri deyir ki, indiki missiyanı başaçatmış hesab etmək olar.

Hindistanın milli kosmik agentliyi Aydan başqa Mars və Veneranın da tədqiqatıyla məşğul olmaq fikrindədi.