Pakistanda terrorçu bazası dağıdılıb

Pakistanın şimal-qərbindəki Svat vadisində terrorçuların təlim keçdiyi baza dağıdılıb.

Məlumatlara görə əməliyyat zamanı 6 talibançı öldürülüb.

Hərbçilərin sözlərinə görə baza Xarbağ şəhərinin ətrafında-Svat çayındakı kiçik adadaymış.