Öldürülən yaraqlılar arasında qadın da var

Əfqan hərbçiləri və beynəlxalq qüvvələrin ölkənin şimalında birgə keçirdiyi əməliyyat nəticəsində bir neçə yaraqlı öldürülüb. Onlar arasında qadın da var.

NATO qüvvələrinin yaydığı məlumata görə, qadın avtomat silahla döyüşürmüş və paltarının üstündən patrondaş taxıbmış.

Əməliyyat zamanı həmçinin bir dinc sakin yaralanıb, bir yaraqlı isə əsir götürülüb.