Qaraçılara görə Madonnanı fitə basıblar

Pop ulduz Madonna Rumıniyanın paytaxtı Buxarestdə verdiyi 2 saatlıq konsertə qəflətən ara verib və deyib ki, Şərqi Avropada qaraçıların ayrı-seçkiliyə məruz qalması onu məyus edir.
Madonnanın bu sözlərindən sonra konsertə gələn 60 min tamaşaçı arasından minlərlə adam onu fitə basıb.
Ancaq Madonna bu narazılığa əhəmiyyət verməyib.