Putin gözlənilmədən Çeçenistana gəlib

Rusiyanın Baş naziri Vladimir Putin gözlənilmədən Çeçenistana səfər eləyib və Çeçen prezidenti ramzan Kadırovla görüşüb. Rusiya mediasının məlumatına görə, görüşdə Çeçenistanın social-iqtisadi durumu. Işsizlik problemi və təhlükəsizlik məsələsi müzakirə edilib.

Putinin səfəri Çeçenistanda vəziyyətin gərginləşdiyi vaxta təsadüf eləyib. Ötən həftə intiharçı bomba hücumlarında burda 4 polis ölmüşdü. Qonşu İnquşetiyada isı polis məntəqəsinə hücumda 20 polis həlak olmuşdu.