Neft Daşları böyüyür

Neft Daşlarında yeni platformaların tikintisi nəzərdə tutulur.

Bu barədə ANS PRESS Dövlət Neft Şirkətinə istinadla xəbər verir.

Şirkətin məlumatına görə “Palçıq Pilpiləsi” yatağında xeyli neft ehtiyatı var və artıq 12 quyuluq platformanın tikintisi üçün layihə hazırlanıb.

Həmçinin “Neftqazelmitədqiqatlayihə” İnstitutu 2585 nömrəli yüksək perspektivli platformanın inşasıyla bağlı layihə hazırlayaraq sifarişçiyə verib.

Bu platforma “Günəşli” və “Neft daşları” yataqlarının arasında, dənizin 46 metr dərinliyində quraşdırılacaq.

İndiyədək dənizin bu hissəsindən neft çıxarılmayıb.