Almaniya ordusu məqsədə çatınca Əfqanıstanda qalacaq

Almaniya əsgərləri məqsədə çatanadək Əfqanıstanda qalacaq.

Bunu Almaniyanın kansleri Angela Merkel bu gün ZDF televiziyasına müsahibəsində deyib.

O qeyd edib ki, ordunun çıxarılmasıyla bağlı hələlik elə bir qrafik yoxdu.

Hazırda Əfqanıstanda 4 min Almaniya əsgəri var.