Füzuli və Cəbrayılın işğalından 16 il ötür

Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan ordusu tərəfindən işğal olunmasından 16 il ötür

Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan ordusu tərəfindən işğal olunmasından 16 il ötür.

1993-cü ilin avqustun 23-də Füzulinin 51 kəndi və rayon mərkəzi işğal olunub, 55 min nəfərə yaxın sakin doğma torpaqlarını tərk edib. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var.
Döyüşlər nəticəsində 1100 - dən çox rayon sakini həlak olub.

Bu gün həm də sahəsi Cəbrayıl rayonunun işğal edildiyi gündür. Cəbrayıl rayonun sahəsi 104980 hektardır və 1930-cu rayon statusunu alıb.

Rayonda yaşı 200-1600 olan 14 ədəd iri diametrli Şərq çinarı və digər qiymətli ağaclar, həmçinin Dağtumas kəndində «Divlər sarayı» adlanan mağara təbiət abidəsi kimi qorunurdu.

Döyüşlərin gedişində 351 nəfər Cəbrayıl sakini həlakı olub.