Neftin qiyməti 74 dolları keçdi

Nyu-York birjasında neftin bir barrelinin qiyməti 74 dolları keçib. Bu, Avrozona iqtisadiyyatının böhrandan çıxması haqda xəbərlər, zəif Amerika dolları və ABŞ-ın azalan xam neft ehtiyatları ilə bağlıdır.

Neftin qiyməti axırıncı dəfə keçən ilin oktyabrında 74 dollardan yuxarı qalxmışdı.