Bakıda ölümlə nəticələnən yol qəzası baş verib

Bu gün saat 21 radələrində Əhmədlidən Hövsana gedən yolda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

ANS PRESS-in şahidlərə istinadla verdiyi məlumata görə, "Tofaş" markalı maşınla VAZ-2107 markalı maşının toqquşması nəticəsində "Tofaş" da olan sərnişinlərdən biri - orta yaşlı qadın hadisə yerindəcə keçinib.

Hər iki maşın sürücüsü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.