Nazarbayev Bakıya gələcək

Azərbaycan və Qazaxıstan prezidentləri arasında telefon söhbəti olub.

İlham Əliyevlə Nursultan Nazarbayev iyunda Moskvada tərəflər arasında əldə olunmuş razılaşmaların icrasını, oktyabrın 1-də Qazaxıstan prezidentinin

Bakıya nəzərdə tutulmuş səfərini, iqtisadi və energetika sahəsində əməkdaşlıq, habelə Xəzər hövzəsində qarşılıqlı fəaliyyətin inkişafı məsələlərini müzakirə ediblər.

Bu barədə “Day.az” Qazaxıstan prezidentinin rəsmi saytına istinadla xəbər verir.