Novruzəli Məmmədov bu gün torpağa tapşırılıb

Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun sabiq bölmə müdiri, ”Tolişi sado” qəzetinin baş redaktoru Novruzəli Məmmədov Avqustun 18-də günorta saatlarında ,doğulduğu Astara rayonun Ərçivan kəndində dəfn edilib.

Dəfn mərasimində yüzlərlə rayon sakini və mərhumun dostları iştirak edib.

Bu barədə müxbirimiz Müstəcəb Məmmədov xəbər verir.

N.Məmmədov avqustun 17-də axşam saatlarında Ədliyyə Nazirliiy Penitensiyar Xidmətin Müəssisəsində dünyasını dəyişib.

Mərhumun qardaşı Məhrəməli Məmmədov deyir ki, qardaşının ağır xəstə olması barədə dəfələrlə yuxarılara xəbərdarlıq etsı də buna məhəl qoyan olmayıb.