Gürcüstan MDB-dən çıxdı

Gürcüstan MDB-dən çıxan ilk keçmiş Sovet respublikası oldu.

Gürcüstan ötən ilin avqustunda Rusiyayla müharibədən sonra elan etdiyi bu qərarı bu gün yekunlaşdırdı.

Beləliklə MDB-nin 11 üzvü qaldı.

Bunlar Azərbaycan, Ermənistan, Rusiya, Belarus, Ukrayna, Moldova , Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistandı.