Gəncədəki su anbarları sanitar tələblərə cavab vermir

Bu barədə Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin kommunal-gigiyena şöbəsinin müdiri Fazil Nəbiyev məlumat verib. O bildirib ki, 34 su anbarında araşdırmalar aparılıb.

Anbarlardan götürülən su nümunələrində keyfiyyət nisbətən normal olsa da anbarlar sanitar tələblərə cavab vermir. Yaxın müddətdə əsaslı təmir olunmalıdır. Gəncə çayının üzərindən keçən, 8-ci kollektor-təmizləyici qurğunun dağılmasına nəzarət etmədiyinə görə, Su Kanal Törəmə Cəmiyyətinin direktor müavini cərimə edilib.