Tbilisi Rusiyanın səsvermə haqqını əngəlləmək istəyir

Gürcüstan Avropa Şurası Parlament Assambleyasının payız sesiyasında Rusiyanı səsvermə hüququndan məhrum etməyə cəhd göstərəcək.

Bu barədə Gürcüstanın AŞPA-kı nümayəndə heyətinin rəhbəri Georqi Qabaşvili bildirib.

Tbilisi Moskvanı ötən ilin avqust müharibəsindən sonra AŞPA-nın qəbul etdiyi qətnamələri yerinə yetirməməkdə günahlandırır.