Maxaçkala-Bakı dəmiryolunda partlayıcı tapılıb

Dağıstanda silahlı qruplaşma 4 polisi və 7 qadını güllələyərək öldürüb. Silahlıların 11-15 nəfər olduğu bildirilir. Hücum avqustun 13-də gecə Buynaksk rayonunda baş verib.

Silahlılar polisləri öldürdükdən sonra yaxınlıqdakı saunaya girib və qaçmazdan qabaq 7 gənc qadını öldürüblər.

Yerli hüquq-mühafizə orqanları hadisəni törədənləri axtarır.

Bu arada Dağıstanın yerli təhlükəsizlik xidmətinin işçiləri Maxaçkala-Bakı dəmiryolunda partlayıcı qurğu aşkarlayıblar. Dəmiryolu partlayıcı zərərsizləşdirilənə qədər bağlı olub.