Lenin 21 yaşlı gənci öldürüb

Lenin

Avqustun 10-unda, səhər saatlarında Belorusda Leninin abidəsi 21 yaşlı gənci öldürüb.

AzadlıqRadiosunun Belorus xidmətinin yerli polisə istinadən verdiyi xəbərə görə, Gomelskin vilayət mərkəzindəki Vladimir İliç Leninin abidəsinin hissələri 21 yaşlı gəncin üstünə düşüb. Gənci xəstəxanaya çatdırmağa çalışsalar da, həyatını xilas etmək mümkün olmayıb və o, təcili yardım maşınında aldığı yaralardan keçinib.

Rəsmilər iddia eləyirlər ki, çox güman ki, içkili vəziyyətdə olan gənc 7 metr hündürlüyündəki Leninin üzərinə dırmaşmağa çalışıb və onun əlindən sallanmaq istəyirmiş. Amma ağırlığa dözməyən Leninin öncə qolu qopub və gənclə birlikdə yerə düşüb. Sonra isə Leninin başı və digər yuxarı hissələri də oğlanın üzərinə düşüb.

21 yaşlı gənc aldığı xəsarətlərdən elə təcili yardım maşınındaca dünyasını dəyişib.

Leninin abidəsinin bərpa edilib edilməyəcəyi bildirilmir.