«Morakot» qasırğası Çinə çatdı

Qasırğadan 7 milyon çinli əziyyət çəkib

Avqustun 9-da «Morakot» qasırğası Çinin cənub-şərqində yerləşən şəhərləri vurub. İlkin məlumatlara görə, 2 min ev dağılıb, xəsarət alanlar var.

Təhlükəsizlik tədbirləri çərçivəsində 1 milyon çinli təhlükəsiz yerlərə köçürülüb. Qasırğadan 7 milyon çinli əziyyət çəkib.

«Morakot» qasırğası Tayvanda dağıntılara səbəb olub, sonra Çin sahillərinə çatıb. Tayvanda yollar və məktəblər bağlanıb.