İranlı zəvvarlar Məkkəyə getməyəcək

Ramazan ayı ərzində iranlı zəvvarlara Məkkəyə getmək yasaq edilib.

Müsəlman dünyasının qeyd etdiyi Ramazan ayı avqustun 22-dən başlayır sentyabrın 19-a kimi davam edəcək.

İranın səhiyyə rəsmiləri bildiriblər ki, bu addım donuz qripinə nəzarət etmək məqsədilə atılır.