Vladimir Putin Türkiyəyə gedir

Rusiyanın Baş naziri Vladimir Putin Türkiyəyə gedir. Rusiya ilə Türkiyə rəhbərliyi arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq, əsasən də enerji sahəsində.

Rusiya hökumətinin rəsmisi Yuri Uşakov avqustun 5-də deyib ki, Türkiyə «Cənub Axın» qaz kəməri xəttinin ərazi sularından çəkilməsinə «prinsipcə» razılıq verib. «Cənub Axın» Rusiya qazını cənub-qərbi Avropa ölkələrinə çatdıracaq.

İyul ayında Ankarada alternativ qaz kəməri «Nabucco» ilə bağlı tranzit razılaşmaları imzalanıb. «Nabucco» Rusiyadan yan keçməklə Mərkəzi Asiya qazını Avropaya çatdırmağı nəzərdə tutub.