Ağasif Şakiroğlunun şikayətilə bağlı qərar sabah veriləcək

Avqustun 5-də Apellyasiya Məhkəməsində «Hədəf» Gənclər Koalisiyasının rəhbəri Ağasif Şakiroğlunun həbsilə bağlı şikayətə baxılıb. Vəkil Bəhruz Quliyevin «Azadlıq» radiosuna dediyinə görə, məhkəmənin qərarı avqustun 6-da elan ediləcək. Qapalı məhkəmə prosesində barəsində həbs-qətimkan tədbiri seçilən Ağasif Şakiroğlu iştirak etməyib.

A. Şakiroğlu avqustun 3-də saxlanılıb. O, hərbi xidmətdən yayınmaqda ittiham olunur. Gənc özü isə həbsinin siyasi məqsəd daşıdığını deyir.