Lənkəranda mikroavtobus partlayıb

Lənkəranda mikroavtobusda partlayış baş verib, 3 nəfər yaralanıb.

Hadisə bu gün saat 11 radələrində Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində baş verib.

Məlumatı APA agentliyi yayıb.

İlkin ehtimala görə, partlayışa səbəb maşındakı qaz balonunun sızması olub.

Faktla bağlı araşdırma aparılır.