Talibançılar deyir ki,Kabili onlar atəşə tutub

Taliban Kabilin atəşə tutulmasına görə cavabdehliyi üzərinə götürüb.

Talibançılar bildirib ki, əsas hədəf beynəlxalq hava limanıyla Əfqanıstan ordusunun baş qərərgahı olub.

Raketlərdən biri ABŞ səfirliyinin yerləşdiyi əraziyə düşüb.

Daxili işlər nazirliyinin məlumatına görə şəhərə azı 8 raket atılıb, bir uşaq yaralanıb.

Talibançılar isə şəhərə 12 raket atıldığını deyirlər.

Əfqanıstanda prezident seçkiləri ərəfəsində hücumların sayı artıb.

Əfqanıstanda növbəti prezident seçkiləri avqustun 20-də keçirilməlidi.