Tblisi Cənubi Osetiyadakı məntəqəni atəşə tutmayıb

Tbilisi Gürcüstan tərəfinin bu gün Cənubu Osetiyadakı müşahidəçi məntəqəsini atəşə tutmasıyla bağlı Tsxinvalinin məlumatını rədd edib.

Bunu Gürcüstanın daxili işlər naziri Şota Utiaşvili bu gün jurnalistlərlə söhbətində deyib.

Rusiyanın müdafiə naziri bundan əvvəl lazım gəlsə Cənubi Osetiya sakinlərini müdafiə etmək üçün güc tətbiq etməyə hazır olduğunu bəyan eləmişdi.