Moldova müxalifəti 101 yerlik parlamentdə 53 mandat qazanıb

Moldovoda keçirilmiş parlament seçkilərində hakim Kommunist partiyası 101- yerlik parlamentdə 48, müxalifətdə olan 4 partiya isə 53 mandat qazanıb.

Bu müxalifətin hakim kolaisiya yaratmasına kifayət etsə də , prezidenti seçməyə bəs eləmir.

Müxalifət liderləri artıq kolaisiya yaradılmasıyla bağlı danışıqlara başlayıblar.

Həmçinin kommunistlər dialoqa hazır olduqlarını bəyan ediblər.