Türkmənbaşının qadağan elədiyi sirk bərpa olunur

Türkmənistan prezidenti Qurbanqulu Berdımuxammedov dövlət sirkinin yaradılmasıyla bağlı fərman imzalayıb.

Fərmana görə yeni struktur 1985 - ci ildə Aşqabadda tikilmiş köhnə sirkin binasında yaradılacaq.

Türkmənistanın keçmiş prezidenti Saparmurad Niyazov ölkədə sirk, opera , balet və digər incəsənət sahələrini qadağan etmişdi.